Danışan smartfon icad edildi VIDEO

Yaponiyanın elektronika istehsalçısı "Sharp" şirkəti balaca robot stilində düzəlmiş smartfon istehsal edib. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu robot-smartfon gəzə bilir və süni intellektə malikdir. İstifadəçi hətta yeni smartfonu ilə danışa da biləcək. Çünki bu smartfon səsli idarəetməyə sahibdir. Bundan başqa, cihaz "Android" əməliyyat sistemi idarəetməsi üzərində çalışır. Yeni smartfon "Robohon" kod adı alıb və 1 800 dollar qiyməti ilə satışa çıxarılacaq. Artıq bu gündən yenilik Yaponiya ərazisində sifarişlə satışa çıxarılıb. Cihazın pərakəndə satışına isə mayın 26-dan başlanacaq.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00