Ermənilər Moskvada azərbaycanlıya hücum etdilər
15 Aprel 2016 18:20 DünyaRusiyada azərbaycanlı ermənilər tərəfindən döyülüb. Anspress bildirir ki, hadisə Saratov şəhərində qeydə alınıb. 59 yaşlı Azərbaycan vətəndaşı baş və beyin silkələnməsi diaqnozu ilə şəhər xəstəxanasına gətirilib. O bildirib ki, iki naməlum şəxs onu 4 nömrəli Sokolovoqorsk keçidinin qarşısındakı evinin yaxınlığında döyüblər. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - 23 və 25 yaşlı Rusiya vətəndaşı olan ermənilər saxlanılıblar. Hər iki şəxsin əvvəllər oğurluğa görə həbs edildiyi bildirilir. Onlar törətdikləri əməlləri etiraf ediblər. Faktla bağlı döymə faktına görə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00