İsrail və Səudiyyə Ərəbistanı birgə hərbi baza qurur
15 Aprel 2016 15:27 DünyaYaxın Şərqdəki bəzi İranmeyilli KİV-lərin iddialarına görə, bu günlərdə İsrail ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq haqqında gizli sazış imzalanıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, andlaşmanın Qızıl Dənizdəki Tiran adası ilə əlaqədar olduğu bildirilir. İddialara görə Tiran adasında birgə İsrail Səudiyyə Ərəbistanı hərbi bazası qurulacaq və bu məntəqədən Qızıl Dənizin hövzəsi nəzarət altında tutulacaq . Əsas dıqqətin Bəb Əl Məndəb Boğazına, Adən Körfəzinə və Suveyş Kanalına istiqamətləndiriliməsi planlaşdırılır. Buradan birgə Səudiyyə İsrail əməliyytalarının aparılacağı bildirilir. İddialara görə, yaxın günlərdə bir qrup Səudiyyə Ərəbistanı zabitinin İsrailın Qızıl Dənizdəki Polonium hərbi dəniz bazasında hazırlıq kursu keçib.
Qeyd edək ki, bir neçə gün əvvəl Misir höküməti Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə dair qərar qəbul edib. Bu iki ada Suveyş Kanalını və Əkəbə Körfəzini tam nəzarət altında tutmağa imkan verir.