İdman bazasında atışma: 3 nəfər öldü

Rusiyada Tatarıstanın paytaxtı Kazandakı "Dinamo" idman bazasında baş verən atışma nəticəsində 3 nəfər həyatını itirib. Report-a istinadən bildirir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ölənlərdən birinin bazanın direktor müavini, ikisinin isə adi mülki şəxs olduğu bildirilir. Mülki şəxslərdən biri atışmanın səbəbkarı olub. Hadisə ilə bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00