Ukraynanın yeni baş naziri bəlli olub

Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib. APA-nın "112.ua" saytına istinadən verdiyi məlumata görə, Ali Rada bu gün V. Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.

Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00