Sergey Lavrov: Moskva Vaşinqtonla qarşıdurmaya çan atmır

Moskva Vaşinqtonla əlaqələrin əvvəlki səviyyəyə kimi bərpasına ümid edir və ABŞ, NATO və Avropa İttifaqı (Aİ) ilə qarşıdurmaya çan atmır. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. S.Lavrov qeyd edib ki, Rusiya heç vaxt ABŞ, NATO və Aİ ilə qarşıdurmanın təşəbbüskarı olmayıb: "Qarşıdurmaya köklənmə isə dünya inkişafının bərpasının optimal vektoru istiqamətindəki səyləri yalnız əngəlləyir". S.Lavrov deyib ki, Moskva Rusiya-Amerika əlaqələrinin gələcəkdə normal istiqamətə qayıdacağına ümid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00