Sərnişin təyyarəsi qəzaya uğrayıb, çoxlu sayda ölən var
14 Aprel 2016 08:15 DünyaPapua-Yeni Qvineyanın qərbində, Kiunqa şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 1 avstraliyalı pilot və 11 sərnişin ölüb.
Avstraliya XİN-in rəsmi nümayəndəsi bildirib ki, insidentlə bağlı ölkənin Papua-Yeni Qvineyadakı səfiri yerli icra orqanları ilə sıx əlaqədədir. Qəzanın başvermə səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00