Gözəllik kraliçası avtomobil qəzasına düşdü
17 Fevral 2016 19:48 Dünya"Miss Amerika" müsabiqəsinin iştirakçısı avtomobil qəzasından sonra həyatla ölüm arasında qalıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, yol nəqliyyat hadisəsi fevralın 16-da gecə saatlarında Nyu-Cersi ştatının Pittsqrov şəhəri rayonunda baş verib. 24 yaşlı Kara Makkollumun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb və bir neçə dəfə aşıb. Yaş asfalt üzərində avtomobili yüksək sürətlə sürən "Miss Nyu-Cersi - 2013" təhlükəsizlik kəmərini də bağlamayıb. Həkimlər xəstəxanaya yerləşdirilən Makkollumun vəziyyətini "kritik ağır" olaraq qiymətləndirirlər.
Qeyd edək ki, ştat səviyyəsində gözəllik müsabiqəsinin qalibi olan Kara Makkollum "Miss Amerika"nın seçmə mərhələsinə vəsiqə qazanıb. O, həmçinin Nyu-Cersidə SNJ telekanalında xəbərlər proqramını aparır.