Çindən sonra Amerikanın da fond bazarı çökdü
8 Yanvar 2016 12:54 Dünya2016-cı ilin ilk günləri Amerika fond bazarının tarixində ən böyük çöküşlə yadda qalıb. Virtualaz.org Reuters agentliyinə istinadən xəbər verir ki, "Dow Jones" indeksi yanvarın 4-dən başlayaraq 5,5% dəyər itirərək son 119 il ərzində ən böyük geriləməni göstərib. Qərb mətbuatının məlumatına görə, "Dow Jones" 1897-ci ildən bəri belə geriləmə göstərməmişdi. Fond birjalarındakı böhranın əsas səbəbi kimi Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik və dünya bazarında neftin ucuzlaşması göstərilir. Əksər analitiklər isə bu gedişatla 2008-ci ildə dünyanı saran iqtisadi böhranın təkrarlanacağını deyirlər. Xatırladaq ki, Çinin fond bazarları fəaliyyətlərini dünəndən dayandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00