17 yaşlı qızını zorlamaqda təqsirləndirilən şəxs məhkəmə qarşısında
8 Yanvar 2016 12:19 DünyaBakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı qızını zorlamaqda təqsirləndirilən 1960-cı il təvəllüdlü Malik Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 15-ə təyin edilib.
Qey edək ki, Malik Mirzəyev 17 yaşlı qızı Aysunu (ad şərtdir) zorlamaqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00