Türkiyə Azərbaycan və Qazaxıstanla preferensial ticarət haqqında saziş imzalayacaq
8 Yanvar 2016 12:04 DünyaTürkiyə 2017-ci il yanvarın 1-dən Azərbaycan və Qazaxıstanla preferensial ticarət haqqında sazişin reallaşdırılmasına başlayacaq. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir. Bu, Türkiyə İqtisadiyyat Nazirliyinin hazırladığı "yol xəritəsi" ilə nəzərdə tutulub. Məlumata görə, Türkiyə artıq Pakistanla azad ticarət haqqında sazişin imzalanması üçün təşəbbüs göstərib. Analoji sazişlərin Yaponiya, Meksika, Peru və Ukrayna ilə imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00