Almaniyada qaçqınların sayı 1 milyonu keçdi

Almaniya 2015-ci ildə ölkəyə gələn qaçqınların sayını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyaya keçən il ümumilikdə 1,1 milyon qaçqın daxil olub.Alman hökuməti bunların çoxunun Suriyadakı daxili müharibədən qaçan immiqrantlar olduğunu bildirib. Rəsmi rəqəmlərə görə Almaniyaya 2015-ci ildə 428,468 suriyalı, 154,046 əfqanıstanlı və 121,662 iraqlı mühacir giriş edib.Almaniyanın 2015-ci ildə qəbul etdiyi qaçqın sayısının 2014-ci illə müqayisədə beş qat artdığı müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00