Slovakiya müsəlmanların ölkəyə girişinə qadağa qoydu
8 Yanvar 2016 10:10 DünyaYeni il günü Almaniyanın Köln şəhərində baş vermiş zorlama hadisələri ilə əlaqədar Avropa Birliyinin üzvü olan Slovakiya hökuməti müsəlman miqrantların bu ölkəyə girişinə qadağa qoyub.Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Slovakiya prezidenti Robert Fico bəyan edib.Prezident Almaniyada yaşanan son xoşagəlməz hadisələrin Slovakiyada da təkrar olunmasını istəmədiyini söyləyib.R.Fico deyib: "Kim nə deyir desin. Ancaq biz bu qərarı verdik. Bəli, Slovakiyada Avropa çoxmədəniyyətliliyi və humanistliyi artıq sona çatıb. Əsla istəmərik ki, ölkəmizin əhalisi zorakılığa məruz qalsın. Bundan sonra biz humanitar addımları "Şengen" vizası tələbləri çərçivəsində atacağıq. Bizim üçün əsas amil sərhədlərimizin qorunmasını daha da gücləndirmək olacaq".
Xatırladaq ki, Slovakiya bu ilin iyulundan etibarən Avropa Birliyinə sədrlik edəcək.