Şaxta Finlandiyada həyatı “dondurub”
8 Yanvar 2016 07:33 DünyaFinlandiyada şiddətli şaxta avtobus və qatarların hərəkətini iflic edib.
Gün.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Finlandiyada bu qış üçün rekord şaxtalar hökm sürür. Temperatur mənfi 40 dərəcədən də aşağı düşüb.
Məlumata görə, ölkədə ən şiddətli şaxtalar Laplandiyanın qərbində qeydə alınıb: -41 dərəcə. Sodankyul munisipalitetində termometr mənfi 39,4, İnaridə mənfi 39,1 dərəcəni göstərir.
Şiddətli şaxtalar nəqliyyatın hərəkətini iflic edib. Uzaq məsafəli və şəhərətrafı qatarlar mənzil başına gecikmələrlə yetişir. Bəzi qatar reysləri isə ümumiyyətlə ləğv edilib. Metro qatarlarının da hərəkət cədvəli pozulub. Onlarla avtobus reysi ləğv olunub.
Sinoptiklər ölkə ərazisində şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00