Nüvə ölkəsi Pakistandan İrana sərt xəbərdarlıq - "Səudiyyə Ərəbistanı xalqının yanındayıq"

Pakistanın  baş naziri Nəvaz Şərif Səudiyyə Ərəbistanının ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı bir təhdidə qarşı olacaqlarını bildirib.

Avropa.info xəbər verir ki, Nəvaz Şərif  bunu  Pakistandakı Səudiyyə səfiri ilə görüşündə deyib.

Pakistan prezidenti  Səudiyyə Ərəbistanı xalqı ilə birlikdə olduqlarını və  bu ölkəyə qarşı olan hər hansısa təhdidə qarşı olduqlarını qeyd edib.

Xatırladaq ki, Pakistan bir neçə gün öncə, İranın Tehran və Məşhəd şəhərlərində Səudiyyə Ərəbistanının diplomatik heyətinə qarşı hücumları kəskin şəkildə pisləmişdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00