12 yaşlı şahzadə əlinin öpülməsinə icazə vermədi
8 Yanvar 2016 05:34 DünyaMərakeş kralı Məhəmmədin böyük oğlu 12 yaşlı şahzadə Həsən qatıldığı dövlət tədbirlərində vəzifəli şəxslərə əlini öpdürməsi ilə tanınır.
Musavat.com xəbər verir ki, ilk dəfə 2012-ci ildə "Ərəb baharı" nümayişləri vaxtlarında 9 yaşlı kral oğlunun əlini öpdürtməsi tənqidlərə tuş gəlmişdi. Bu hadisə müxaliflərin ayağa qalxmasına səbəb olmuşdu.
Bu dəfə 12 yaşlı Həsən əlini öpmək istəyən vəzifəlilərin əlini sıxaraq öpmələrinə izn verməyib.
Atasının yerinə dövlət tədbirlərinə qatılan Həsənin bu görüntüləri də ölkəsində müzakirə mövzusuna çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00