"Coca-cola" Ukraynadan üzr istədi

"Coca-cola" şirkəti Krımın Rusiyanın ərazisi kimi göstərildiyi reklam materialına görə, iki dəfə üzr istəmək məcburiyyətində qalıb.

Avropa.info-nun məlumatına görə, şirkət etiraf edib ki, əvvəlcə hazırlanan Rusiya xəritəsində Krım, Kuril, Kalininqrad əraziləri olmayıb.

Lakin reklama dəyişiklik edildikdən sonra rəsmi Kiyev etiraz edib. Məhz bundan sonra "Coca-cola" üzr istəyib və materialı silib.

Şirkətin Vaşinqton ofisinin başçısı Keyt İrvin 6 yanvarda Ukrayna səfirliyində görüşərək şirkətin vitse-prezidentinin üzr məktubunu təqdim edib.
Bunadək ukraynalı siyasətçilər "Coca-cola"nın məhsullarını boykot etməyi və təzminat kimi 1 milyon qrivna almağı tələb edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00