Kralın bacısı məhkəmə qarşısında - Onu 8 il həbs gözləyir
8 Yanvar 2016 05:31 Dünya11 yanvarda İspaniya kralının bacısının məhkəmə prosesi keçiriləcək.
Avropa.info xəbər verir ki, bu İspaniya tarixində bir kral ailə üzvü üzərində keçirilən ilk məhkəmə prosesidir. Şahzadə Kristina əri İnyaki Urdanqarinin işi üzrə istintaq cəlb olunub. Onun əri vergidən yayınmaqda, əmlakı talamada, dələduzluqda, çirkli pulların yuyulmasında, məhkəməyə yalan ifadə verməkdə, vəzifə mövqeyindən sui-istifadədə ittiham olunur.
Məhkəmə İspaniya tarixində ən qalmaqallı proseslərdən biri olmağı vəd edir. Məhkəmənin işıqlandırılması üçün dünya ölkələrindən 590 jurnalist akkreditasiya olunub. Təhlükəsizlik məqsədilə məhkəmə prosesi Balear adalarında keçiriləcək.
Kristina özü 2007-2008-ci illərdə törətdiyi iki vergi cinayətinə görə ittiham olunur. Hakim hesab edir ki, o vergi ödəməkdən yayınıb.
İttihamlar təsdiqini taparsa, kral ailəsinin üzvü, 49 yaşlı Kristinanı 8 il həbs gözləyir.