Şaxta Polşanın dizini yerə gətirdi - küçələrdən donmuş cəsəd yığırlar

Avropada hakim olan soyuq hava həyatı iflic edib.

Anomal soyuqlardan ən çox əziyyət çəkən isə Polşa olub. Hava, su və quru nəqliyyatının dayanma nöqtəsinə çatdığı ölkədə hakim dairələr yağan qarın fəsadlarını aradan qaldırmqda çətinlik çəkdiklərini etiraf etməyə başlayıblar. Hava tempraturlarının mənfi 20 dərəcədən aşağı düşməsi insan tələfatını da bərabərində gətirib. Ötən həftə sonunda yerli dairələr 21 nəfərin donaraq can verdiyini bildirmişdi. Ötən gün isə daha 7 nəfərin cəsədi tapılıb. Bununla da, soyuq hava qurbanlarının sayı 28-ə çatıb. Əlaqədar qurumlar küçələrdə az təminatlı insanlara və evsizlərə isti yemək paylamağa başlayıb. Həmçinin, yaşlı insanlar və uşaqların küçəyə çıxmaması barədə göstəriş verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00