Fəthullah Gülən hərəkatı prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış
8 Yanvar 2016 05:20 Dünya...
Türkiyədə fəaliyyəti qadağan edilən Fəthullah Gülən hərəkatı prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Onun sözlərinə görə, hərəkatın bəzi üzvləri Türkiyənin dövlət strukturlarında işə düzələ biliblər: "Xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində hərəkatın üzvləri planlarını reallaşdıra bilməyiblər".
Bununla belə, nazir prezidentin həyatına sui-qəsd planlarının təfərrüatını açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00