Somali İranla diplomatik münasibətləri dayandırıb
8 Yanvar 2016 05:08 DünyaSomali hökuməti Tehran-Ər-Riyad münaqişəsi fonunda İranla diplomatik münasibətləri dayandırıb. APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, Somali XİN- İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Yəməni tərk etmələri üçün 72 saat vaxt verib.Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00