Şengen zonası ləğv oluna bilər
8 Yanvar 2016 04:34 DünyaAlmaniya kansleri Angela Merkel Avropaya gələn qanuni miqrantların və qaçqınların probleminin həll olunmayacağı təqdirdə Şengen zonasının mövcudluğunun sual altında qalacağını deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət rəhbəri Avropa Birliyi daxilnidə vizasız rejimin gəlcəyinin miqrant problemi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb: "Şengen zonası layihəsi çox önəmlidir. Amma qanuni miqrasiyanı leqal miqrasiyaya çevirməsək, Şengen indiki halında qala bilməyəcək".
Statistik məlumatlara görə, Almaniya təkcə 2015-ci ildə 1 milyona yaxın mühacir qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00