Gülben Ergen yenə də məktəb açdı

2010-cu ildən müğənni Gülben Ergenin liderliyi ilə başladılan "Uşaqlar gülsün deyə" kampaniyası davam edir. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı dünən 31-ci məktəbin açılışında iştirak edib. İndiyə kimi açılan bütün məktəblərin açılışında iştirak edən Gülben fotoları İnstaqramda da paylaşır. G.Ergenin açdığı məktəblərdə hazırda minlərlə şagird təhsil alır.

 

 

 

 

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00