İraq aviasiyası 75 İŞİD-çini məhv etdi

İraqın Anbar vilayətində hökumət qoşunlarının endirdikləri aviasiya zərbələri nəticəsində ən azı 75 İŞİD üzvü öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Anbar vilayətinin qərbindəki Tartar gölü yaxınlığında terror qruplaşmasının mövqelərinə endirilən zərbələr zamanı çoxlu sayda nəqliyyat vasitələri və silah da məhv edilib.  Anbar vilayətinin mərkəzi olan Ər-Ramadi şəhərinin isə 80%-i İraq ordusunun nəzarətinə keçib.  Son məlumatlara görə İŞİD İraq və Suriyadakı ərazilərinin 30%-ni itirib.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00