Parisdə terror törətmək istəyən şəxs öldürülüb

"Charlie Hebdo" jurnalının redaksiyasına edilən silahlı hücumun ildönümündə Parisdə növbəti silahlı insdident yaşanıb.  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs polis komissarlığına daxil olmağa cəhd göstrən zaman öldürülüb.  Onun kamikadze olması ehtimalı var. Yerli mətbuat onun polis məntəqəsinə daxil olan zaman "Allahu Əkbər" deyə çığırdığını xəbər verir.  2015-ci il yanvarın 7-də "Charlie Hebdo" jurnalının Parisdəki ofisinə hücum zamanı 12 nəfər öldürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00