Cennifer Lopes ərə getmək istəmir: “Toy olmayacaq!”

Dünya şöhrətli ulduz Cennifer Lopes rəqqas sevgilisi Kasper Smartla olan münasibətindən danışıb. Gün.Az xarici mətbuata istinadən xəbər verir ki, JLO Yeni il öncəsi Ellen Deceneres şounun qonağı olub. Bayramda sevgilisinin ona bir neçə qolbaq hədiyyə etdiyini deyən, gözəl ulduz bunun qarşılığında Kaperə kostyum hədiyyə etdiyini deyib. Aparıcının "ola bilərmi ki, həmin kostyumu Kasper toyunda geyinsin?" - sualına isə JLO "Heç bir toy olmayacaq" - cavabını verib. O, daha sonra isə fikirlərinə aydınlıq gətirib. Gələcəkdə ola bilsin ki, ailə quracağını deyib. "Toy mərasimləri hər zaman xoşuma gəlib. Yəni həyatda hər şey ola bilər. Mən yenidən ailə quraram. Amma hazırda həyatımdan çox məmnunam. Bu münasibət məni qane edir" - deyə C.Lopes bildirib.

Qeyd edək ki, 46 yaşlı Cennifer Lopeslə 28 yaşlı Kasper Smartın sevgi münasibəti 2011-ci ildən başlayıb. 2014-cü il cütlük Kasperin xəyanətinə görə ayrılsalar da, 9 aydan sonra yenidən barışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00