Bülent Ersoy donuz qripinə yoluxub?
7 Yanvar 2016 18:57 DünyaMüğənni Bülent Ersoy təcili şəkildə xəstəxanaya aparılıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 40 dərəcə temperaturdan əziyyət çəkən Bülentin prodüseri "qışla əlaqədar olaraq virusla bağlı problemləri var. Həkimə getməyi sevməsə də, vəziyyət olduqca ciddi idi. 1-2 gün orada qalmalıdır" deyib. O, müğənninin vəziyyətinin hazırda yaxşı olduğunu bildirib: "Bəzi testlər edildi, donuz qripi ola bilər. 40 dərəcə temperaturu var, öskürür. Bu gün dəqiq bilinəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00