Misir prezidenti Türkiyəyə gələcək

Misir prezidenti Sisi Türkiyəyə səfər edəcək. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Misirin siyasi icmalçısı Əhməd Musa açıqlama verib. Misir prezidentinin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi postunu Rəcəb Tayyib Ərdoğana devr etmək üçün Türkiyəyə gedəcəyi bildirilir. Misirin xarici əlaqələr jurnalının baş redaktoru Muhamməd Əbdülqadir isə bildirib ki, səfər tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə baş tutacaq. Jurnalist Misir-Türkiyə əlaqələrinin bərpası istiqamətində Səudiyyə Ərəbistanının da ciddi səylər göstərdiyini söyləyib.
Qeyd edək ki, keçən ilin noyabr ayında Türkiyə Ticarət və Birjalar Palatası Birliyinin sədri, məşhur iş adamı Rüfət Hisarçıklıoğlu Misirə səfər edərək yüksək səviyyəli dövlət adamları ilə danışıqlar aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00