Alimlər hidrogenin yeni aqreqat halını kəşf ediblər

Britaniyalı və çinli alimlər hidrogenin yeni aqreqat halını kəşf ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, otaq şəraitində 3,2 milyon atmosferə qədər sıxılan hidrogen metallik bərklik qazanır. Hidrogen Mendeleyev cədvəlinin ilk elementidir. Rəngsiz halda olan hidrogen qaz, yaxud maye halında olan tezalışan maddədir. Hələ ötən əsrin 30-cu illərində hidrogenin sıxılması və metal halına salınmasının mümkünlüyu ilə bağlı nəzəriyyələr mövcud idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00