Türkiyəli aktrisanı "boğaza yığdılar"

"Kiralık aşk" serialı ilə məşhurlaşan türkiyəli aktrisa Elçin Sanqu vəziyyətindən şikayətlənib. Milli.Az xəbər verir ki, aktrisanın dostlarına dediyi sözlər Türkiyə mediasında gündəmə gəlib. Vaxtının azlığından şikayətlənən aktrisa: "Tükəndim, nəfəs almağa vaxtım yoxdur. Bir saniyə belə vaxt vermirlər. Üzümdə-gözümdə yaralar çıxıb", - deyib.

Qeyd edək ki, "Möhtəşəm yüz il" serialına çəkilən  Meryem Uzerli də belə bir vəziyyətlə qarşılaşmışdı, lakin o dözməyərək filmə çəkilməkdən imtina etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00