Bu ilin sonuna qədər Petkimdə inşa edilən külək elektrik stansiyası fəaliyyətə başlayacaq
7 Yanvar 2016 15:29 DünyaBu ilin sonunda SOCAR-ın Türkiyənin Petkim yarımadasında inşa etdiyi külək elektrik stansiyası fəaliyyətə başlayacaq. Bunu "APA-Economics"ə açıqlamasında "Petkim Petrokimya Holding. A. Ş."nin ictimaiyyətlə əlaqələr üzrə müdiri Memduh Taşlıcalı bildirib. Onun sözlərinə görə, bu elektrik stansiyasında "rüzgar gülü" adlanan 17 ədəd qurğunun tikintisi nəzərdə tutulub: "Hazırda bu layihənin infrastruktur işlərinə başlanılıb. Elektrik stansiyaların hara qurulacağı və qurulacaq yerlərin torpaq işlərinə start verilib". O bildirib ki, mart ayından etibarən qalan avadanlıqların yerləşdirilməsinə başlanılacaq: "Düşünürəm ki, bu ilin sonunda stansiyada elektrik enerjisi istehsalı mümkün olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00