“Minecraft”dan yeni satış rekordu
7 Yanvar 2016 20:00 DünyaTanınmış "Minecraft" oyunu nüsxələrinin satışı üzrə yeni rekord müəyyənləşib. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, bu barədə oyunun rəsmi saytında xəbər verilib. Bu gün üçün artıq stolüstü kompüter, "Windows" və "MacOS" üçün 22 milyondan ədəddən artıq "Minecraft" oyununun nüsxəsinin satışı həyata keçirilib. Oyun saytının tərtibatçıları bildirir ki, onların hesablamalarına görə, hər gün "Minecraft" oyununu orta hesabla 10 min nəfər əldə edir. Bu, tarixdə ilk belə yüksək nailiyyətlər əldə edən və nəticə göstərən oyundur. Reytinq cədvəlində ikinci yeri populyar "CS GO" atıcılıq oyunu tutub ki, onun da satış tirajı təqribən 18 milyon nüsxə təşkil edib.
Ancaq unutmaq olmaz ki, bu statistikaya oyun bazarının böyük və əhəmiyyətli hissəsini təşkil edən mobil cihazlar və oyun avadanlıqları daxil edilməyib. "Minecraft" oyunun satışı üzrə daha əvvəlki göstəricilər daha təsirlidir. Belə ki, ötən il bu oyunun təxminən 20 milyon nüsxə satışı həyata keçirilib. Ümumilikdə bu say 70 milyon nüsxə tiraj təşkil edir. Beləliklə, "Minecraft" tarixdə ən uğurlu oyun olaraq qalır.