Alman kəşfiyyat təyyarələri Türkiyədə
7 Yanvar 2016 15:08 DünyaNATO əməkdaşlığı çərçivəsində və Suriyada aparılan antiterror əməliyyatlarında iştirak etmək üçün Almaniya Türkiyənin İncirlik Hərbi Hava Bazasına 4 ədəd Tornado kəşfiyyat təyyarəsi və və təyyarələrə xidmət etmək üçün 100 nəfərlik heyət göndərib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, təyyarələr hər növ radioelektronik və hava sahəsinin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlarla təchiz edilib. Təyyarələr Suriya hava sahəsində kəşfiyyat aparacaq və Türkiyə əleyhinə hava-raket hücumuna qarşı nəzarət kəşfiyyat uçuşları həyata keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00