“Qlobal təhlükəsizliyin təmin olunmasında...”
Elşad Mirbəşiroğlu: “Azərbaycan dövlətinin ciddi rolunun olması beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur”
7 Yanvar 2016 14:36 Dünya"Ayrı-ayrı şəxslərin Azərbaycanla bağlı əsassız fikirlər səsləndirməsini Birləşmiş Ştatların rəsmi mövqeyi kimi qəbul etmək üçün əsas yoxdur"
Birləşmiş Ştatlar prezidenti Barak Obamanın IV Nüvə Təhülkəsizliyi Sammitində iştirak iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəvət göndərməsi antiazərbaycan şəbəkə və onuh daxildəki əlaltıları üçün şok effekt yaratdı. Ermənipərəsət Kris Smitin Azərbaycan əleyhinə hazırladığı məlum qanun layihəsini rəsmi Vaşinqtonun rəsmi mövqeyi kimi dərk edən həmin qüvvələr elə hesab edirdilər ki, artıq Ağ Ev üçün Azərbaycan amili arxa plana keçib və Vaşinqton rəsmi Bakı ilə bütün əlaqələri kəsmək niyyətindədir. Ancaq bu günlərdə Ağ Evdən gələn dəvət bunun tamamilə əksini sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Barak Obama tərəfindən IV Nüvə Təhülükəsizliyi Sammitinə dəvət edilməsi bir daha təsdiq etdi ki, Vaşinqton rəsmi Bakı ilə münasibətləri nəinki korlamaq niyyətindədir, əksinə iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.
Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, IV Nüvə Təhlükəsizliyi sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Birləşmiş Ştatlar Prezidentinin dəvətini hələ dekabr ayının əvvəllərində alıb: "Bu dəvət hazırkı reallıqlar şəraitində bir neçə məqamdan xəbərdən verir. Birincisi, Azərbaycan Prezidentinin belə bir sammitə dəvət alması sübut edir ki, qlobal təhlükəsizliyin təmin olunmasında Azərbaycan dövlətinin ciddi rolunun olması beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Azərbaycan həmişə beynəlxalq təhlükəsizliyin təmin olunmasında, xüsusilə də, müasir dövrdə beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan beynəlxalq terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlarla yaxından əməkdaşlıq etmişdir və təsdiq etmişdir ki, bu istiqamətdə kifayət qədər təsirli fəaliyyət göstərmək iqtidarındadır. Bu baxımdan, IV Nüvə təhlükəsizliyi sammitində də Azərbaycanın iştirakının vacibliyi etiraf olundu. İkincisi, son dövrlərdə okeanın o tayında Azərbaycana münasibətdə müəyyən əsassız mövqenin sərgilənməsi iki dövlət arasında münasibətlərin gərginliyi haqqında fikirlərin meydana gəlməsini şərtləndirmişdir. Lakin ayrı-ayrı şəxslərin Azərbaycanla bağlı əsassız fikirlər səsləndirməsini Birləşmiş Ştatların rəsmi mövqeyi kimi qəbul etmək üçün əsas yoxdur". Politoloqun sözlərinə görə,
Birləşmiş Ştatların dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sammitə dəvət etməsi ondan xəbər verir ki, ABŞ Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafında maraqlıdır: "Bu, həm də bir daha sübut edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ermənipərəst bir konqresmeninin subyektiv mövqeyidir və onun Amerika konqresində qəbul olunması mümkün deyil. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sammitdə iştirakı tərəflər arasında əməkdaşlığın daha da inkişafı baxımından əhəmiyyətli ola bilər". Elşad Mirbəşiröğrlu Azərbaycan Respublikasının Prezidentinin Vaşinqtona səfərinin Dağlıq Qarabağ probleminə hansısa formada təsir edib-etməyəcəyi fikrinə də aydınlıq gətirib: " Azərbaycan Prezidentinin Vaşinqtona səfərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsiri ehtimallarına gəldikdə isə, hesab edirəm ki, cənab Prezident İlham Əliyev bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması istiqamətində bacarıqla istifadə edir. Bu səfər çərçivəsində müəyyən formatda ünsiyyətlər zamanı məsələnin yenə də müzakirə obyektinə çevriləcəyini ehtimal etmək mümkündür. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti bütün səfərlərində, bütün görüşlərində əsas diqqətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçmivəsində həll olunması məsələsinə yönəlmdilməsinə çalışır. Bu baxımdan, Prezidentin Vaşinqton səfəri əlbəttə, əhəmiyyətlidir. Amma, onu da qeyd etmək lazımdır ki, hələlik münaqişə vəziyyətli ilə bağlı obyektiv beynəlxalq yanaşma mövcud deyil və ikili standartlardan yanaşma davam etməkdədir". Politoloqun sözlərinə görə, münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyaasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun yanaşması məhz belədir: "Bu da ondan xəbər verir ki, hələlik münaqişənin tənzimlənməsi istiqamətində real addımların atılacağını güman etmək çətindir".
S.İsmayılbəyli