Liviyada terror aktı törədilib, 46 nəfər ölüb
7 Yanvar 2016 14:34 DünyaLiviyanın paytaxtı Tripolidən 160 km şərqdə yerləşən Zliten hərbi təlim düşərgəsində baş verən terror aktı nəticəsində azı 46 nəfər ölüb. APA-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində onlarla mülki şəxs xəsarət alıb. Yaralılar qonşu Misrata şəhərindəki xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00