Həştərxandan 18 azərbaycanlı deportasiya edilib
7 Yanvar 2016 13:46 DünyaÖtən il ərzində Rusiyanın Həştərxan vilayətindən deportasiya olunan xarici vətəndaşların sayı açıqlanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, deportasiya olunmuş 231 əcnəbi ölkə vətəndaşından 18-i azərbaycanlıdır. Onlar əsasən miqrasiya haqqında Rusiya qanunvericiliyini pozduqları üçün ölkədən xaric ediliblər.
Həştərxandan ən çox Özbəkistan (45) və Tacikistan (25) vətəndaşları deportasiya olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00