52 ildir evli olan aktyorun 78 yaşı oldu
7 Yanvar 2016 19:32 DünyaMəşhur italyan aktyoru və müğənnisi Adriano Çelentanonun 78 yaşı tamam olub. Axşam.az-ın məlumatına görə, müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. Filmləri ilə də məşhurluq qazanan aktyor İtaliyanın ən gözəl ailəsinə sahibdir.
O, aktrisa Klauduiya Mori film meydançasında tanış olub. Onların toyu 1964-cü ildə baş tutub. 52 ildir evli olan cütlük hazırda Milanda yaşayır.
Dünya şöhrətli aktyorun 45 yaşlı qızı, aktrisa Rozalinda Çelentano keçən il qeyri-ənənəvi seksual oriyentası olduğunu hər kəsə açıqlayıb və sevgilisi Simona Borioniylə toy edəcəkləri ilə bağlı elan verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00