Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb
7 Yanvar 2016 11:31 DünyaTürkiyənin Manisa əyalətində ağır yol qəzası baş verib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Manisa- Akhisar yolunda qeydə alınıb. Akhisar rayonu istiqamətinə gedən minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. Qəza nəticəsində bir azyaşlı olmaqla 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00