İraq ordusu İŞİD-in “hərbi nazir”inin öldürüldüyünü açıqlayıb
6 Yanvar 2016 18:32 Dünyaİraq Hərbi Hava Qüvvələrinin Ənbar vilayətinə hücumu nəticəsində İŞİD daxilində "hərbi nazir" vəzifəsini icra edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb. APA-nın məlumatına görə, bu barədə hərbi komandanlığın informasiya bürosunun "Facebook" səhifəsində məlumat verilib. "Nazir"lə yanaşı, daha 3 terrorçunun məhv edildiyi bildirilir. "Al-Arabia" telekanalı öldürülən "nazir"in adı Samer Muhammed Matlub əl-Məhləvi və ya "Əbu Muaz" olduğu barədə xəbər yayıb. Ötən ilin dekabrında İraq hərbçiləri "maliyyə naziri" vəzifəsini icra edən terrorçunu da zərərsizləşdirdiklərini açıqlamışdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00