Günay Musayevanın keçmiş əri evlənir

Sentyabr ayında azərbaycanlı model Günay Musayeva ilə 4 illik evliliyini bitirən aktyor Tolqa Karel yenidən evlənməyə qərar verib. Big.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tolqa amerikalı model Sarah Scotti ilə evlənəcək. O, bununla bağlı öz şəxsi İnstaqram hesabında şəkil paylaşıb.

Qeyd edək ki, aktyor evliliklə bağlı qərarını ilk dəfə canlı yayımda bildirib. 6 aydır sevgili olduğu Saraha Yeni il gecəsi evlilik təklif edib. Tolqa, həmçinin toyu Dominikdə edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00