İstanbulda dayanacaqda partlayış baş verib
6 Yanvar 2016 16:50 Dünyaİstanbulun Beylikdüzü rayonundakı metrobus dayanacağında partlayış baş verib. Report Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bir qadın yüngül yaralanıb. İlkin ehtimala əsasən, dayanacağın giriş hissəsində turnikenin kabelində baş verən qısaqapanma partlayışa səbəb olub. Hadisə baş verən zaman 24 yaşlı Büşra Akgün adlı qadın turnikedən keçirmiş. Onu yaxınlıqdakı dövlət xəstəxanasına yerləşdirblər. Partlayış nəticəsində yaranan yanğın söndürüldəkdən sonra metrobus əvvəlki qrafiklə işini davam etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00