Muradla Mervenin evliliyində ciddi problem - "Boşanacaqlar"
6 Yanvar 2016 19:50 Dünya4 ay əvvəl dəbdəbəli toyla ailə quran müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğur arasında problemlər yaranıb. Axşam.az xəbər verir ki, bir neçə dəfə ayrı məkanlarda görüntülənən cütlük problemləri həll etsələr də, yenidən üz-üzə gəliblər. Bir neçə gün əvvəl barmağında nişan üzüyü olmadan görüntülənən Murad bu haqda belə deyib: "Evləndiyimi hər kəs bilir. O üzükləri də evliliyi bəlli etmək üçün taxırlar. Ona görə mən də bunu ifrat dərəcədə gözə soxmamağa çalışıram. Çox narahat aksesuardır..."
Onun bu açıqlaması həyat yoldaşını əsəbləşdirib. Aktrisa Murada: "Sən evliliyimizi ciddiyə almırsan?" - deyə etiraz edib.
Qeyd edək ki, maqazin dünyası ilə yanaşı, cütlüyə yaxın mənbələr də ulduz ailənin xasiyyətlərinin tutuşmadığını, az sonra bir-birindən bezəcəklərini iddia edirlər. Hətta "onlar çox keçməz, boşanarlar" deyənlər də az deyil.