"Kiralık aşk"ın qəhrəmanı sevgilisi ilə
6 Yanvar 2016 19:40 Dünya"Kiralık aşk" serialının qəhrəmanı Barış Arduç həmkarı və sevgilisi Gupse Özayla ticarət mərkəzlərindən birində görüntülənib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez ayrılıq mövzuları ilə gündəmə gələn cütlük jurnalistlərin suallarını cavablandırıblar. Gupse "Yeni ildə sağlamlıq, xoşbəxtlik və sülh arzulayıram" deyib. İkiliyə verilən evlilik suallarına da aktrisa cavab verib: "Ticarət mərkəzində gəzərkən bu planlar haqda danışmayım. Olsa, xəbəriniz olar. Xoşbəxtik...".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00