Zukerberq evi üçün "ağıl" yaradacaq

Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zukerberq bu il qarşısında duran əsas məqsədlərdən birinin evində süni intellektin yaradılması olduğunu bəyan edib.

Milli.Az bildirir ki, Zukerberq Facebook-dakı səhifəsində yazıb: "Bu il qarşımda duran başlıca fərdi məsələ evi idarə edə biləcək və mənə yardım edəcək sadə süni intellekt yaratmaqdır. Bu intellekt "Dəmir adam" filmindəki Carvisə bənzər bir şey olacaq. İşə mövcud texnologiyaları öyrənməklə başlamaq niyyətindəyəm. Daha sonra ona səsimi tanımağı və evdə hər şeyi - musiqi, işıqlandırmanı, temperaturu və s. nəzarətdə saxlamağı öyrədəcəyəm. Dostlar qapı zəngini çalanda onların simasını tanımağı və  evə buraxmağı da öyrədəcəyəm. Süni intellektdən qızım Maks üçün dayə qismində də yararlanmaq fikrindəyəm".

Zukerberiq bu statusunu şərh edənlər arasında Darlin Hakemer Loretto da vardı.

O yazıb: "Nəvəm məktəbdə oxuyur. Bəs yaxşı, o bütün fikrini təhsilə yönəldərsə, yaşıdlarından yaşam baxımından geri qalmaz ki?!"

Zukerberqin nənəyə cavabı maraqlıdır.

"Nəvənizin elmlə maraqlanması elmdən uzaq, savadsız böyüməsindən daha yaxşıdır. O, gələcəkdə uğurlu ixtiraçı ola bilər", - Facebook-un sahibi yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00