Vladimir Omelyanovun "facebook" statusu


Ukrayna rəsmisi bildirib ki, yüklər Qara və Xəzər dənizlərindən (İliçevsk-Batumi və Ələt-Aktau) bərə keçidləri vasitəsi ilə keçəcək. Konteyner qatarı təxminən 20 vaqondan təşkil ediləcək.


Vladimir Omelyanov - Ukraynanın İnfrastruktur nazirinin müavini


Bundan əvvəl Ukrayna məhsullarının Azərbaycandan daşınması ilə bağlı məsələ Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun və Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunmuşdu.


Ukraynadan yüklərin daşınması üçün istifadə olunan marşrut (qırmızı xətlə işarələnib)


Noyabrın 30-da isə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.

Rusiya isə yanvarın 4-də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Bu səbəbdən Ukrayna yüklərin daşınması üçün "İpək yolu"nun Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə etmək məcburiyyətində qalıb. 

Bununla da demək olar ki, Rusiya yükdaşıma sahəsində əldə etdiyi imkanları itirmək üzrədir. Çünki bir müddət əvvəl Türkiyə də Rusiya marşrutundan istifadə etməkdən imtina edib. Qırıcı qalmaqalından sonra Türkiyə yükləri Rusiya ərazisindən deyil, Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə edir. Bu isə Rusiyanın tranzitdən əldə etdiyi gəlirləri kəskin şəkildə azaldır. Amma Gürcüstan, Azərbaycan və Qazaxıstan kimi dövlətlər üçün yeni iqtisadi imkanlar yaradır.