Gürcüstan-Rusiya sərhədi: 150-dən çox yük maşını qarlı yollarda qalıb

Gürcüstandan Rusiyaya yük aparan sürücülər xeyli müddətdir ki, güclü qara görə hərəkətin dayanması səbəbindən yollarda qalıblar. Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən bildirir ki, onlar artıq neçə gündür, şaxtalı havada ərzaqsız və yanacaqsız qalıblar və Lars gömrük-buraxılış məntəqəsinin nə vaxt açılacağını gözləyirlər. Medianın yazdığına görə, həmin ərazidə temperatur mənfi 17-dən də aşağıdır. Sinoptiklər bildirirlər ki, orada son 20 ildə bu cür güclü qar və şaxta müşahidə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00