Dünya təşvişdə: Kim hidrogen bombası partlatdı - VİDEO - FOTO
6 Yanvar 2016 10:02 DünyaŞimali Koreyada hidrogen bombasının sınaqları uğurla başa çatıb.Rəsmi Pxenyan belə açıqnlama ilə çıxış edib.Milli.Az CNN-ə istinadən bildirir ki, Şimali Koreyanın dövlət televiziyası belə məlumat yayıb."Bu gün hidrogen bombasının sınaqları uğurla başa çatıb. Hidrogen bombasına malik olmaq Şimali Koreya üçün tarixi hadisədir. Eyni zamanda bəyan edirik ki, suverenliyimiz pozulmazsa, nüvə silahından istifadə etməyəcəyik", - diktor xanım rəsmi açıqlamanı oxuyub.ABŞ-ın Federal Geologiya Xidməti Şimali Koreya ərazisində 5,1 maqnitudlu zəlzələni qeydə alıb. Cənubi Koreyanın metereoloji agentliyi isə bəyan edib ki, zəlzələnin episentri Pxenyanın hidrogen bombasını sınaqdan keçirdiyi poliqonun yaxınlığındadır.Poliqon Panqqri adlı qəsəbədən 45 km aralıdadır.Şimali Koreyanın hidrogen bombasına malik olmasına dair şübhələr ölkə rəhbəri Kim Çen Inın açıqlamasından sonra yaranmışdı: "Biz müstəqilliyimizi və vətənimizin milli ləyaqətini nüvə və hidrogen bombalarının zərbələrinin gücü ilə qoruya biləcək böyük nüvə dövlətinə çevrilə bildik".Şimali Koreya 2005-ci ildə nüvə dövləti olub. 2006, 2009 və 2013-cü illərdə bu ölkədə nüvə silahının yeraltı sınaqları keçirilib.