ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub
6 Yanvar 2016 07:13 DünyaABŞ-ın Corciya ştatında, Atlanta şəhərinin yaxınlığında moteldə 11 uşaq və bir qadını girov götürən şəxsin adı məlum olub.
"Report" xəbər verir ki, cinayətkarın 36 yaşlı Kris Tomas olduğu məlum olub.
İlkin məlumata görə, o, qadını və uşaqları girov götürdükdən sonra özünü öldürmək istəyib. Polis yaralı Kris Toması xəstəxanaya çatdırıb.
Cinayətin motivləri barədə məlumat verilmir.
* * *17:55
ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında 11 uşaq və bir qadın moteldə girov götürülüb.
"Report" bildirir ki, bu haqda "NBC News" məlumat yayıb.
Ehtimal olunur ki, girov götürən bir kişidir. Məlumata görə, girovların ən kiçiyi 3 aylıq körpə, ən böyüyü isə 17 yaşındadır.
Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər fəaliyyət göstərir.
Girov götürülən uşaqlar azad olunub.
APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, uşaqları girov götürən şəxs öz boynuna bıçaqla xəsarət yetirdikdən sonra polis əməkdaşları əməliyyatı uğurla keçirə biliblər.
Həmin şəxs xəstəxanaya aparılıb, uşaqlar arasında xəsarət alan olmayıb.
NBC telekanalının məlumatına görə, uşaqların girov götürülməsinə səbəb məişət zəminində münaqişə səbəb ola bilər.