ABŞ-da naməlum şəxs tərəfindən girov götürülən uşaqlar azad olunub
5 Yanvar 2016 17:04 DünyaABŞ-da naməlum şəxs tərəfindən girov götürülən uşaqlar azad olunub. APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, uşaqları girov götürən şəxs öz boynuna bıçaqla xəsarət yetirdikdən sonra polis əməkdaşları əməliyyatı uğurla keçirə biliblər. Həmin şəxs xəstəxanaya aparılıb, uşaqlar arasında xəsarət alan olmayıb. NBC telekanalının məlumatına görə, uşaqların girov götürülməsinə səbəb məişət zəminində münaqişə ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00