Əlcəzairdə neft emalı zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Əlcəzairdə neft emalı zavodunda partlayış baş verib, nəticədə azı 10 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə yerli "Ennahar" telekanalı xəbər yayıb. Hadisə ölkənin şimal-şərqində yerləşən Skikda şəhərində "Sonatrach" şirkətinə məxsus zavodda baş verib. İnsidentin texniki problem və ya terror aktı nəticəsində baş verməsi ehtimalı dəqiqləşdirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00